Tibb fəaliyyəti üzrə: çoxprofilli iri tibb mərkəzləri, stasionarlar, ambulator-poliklinik, estetik (stomatoloji, kosmetoloji) tibbi xidmət müəssisələri və özəl tibbi praktika kabinetləri, laborator-diaqnostik, tibbi-profilaktika (dezinfeksiya, dezinseksiya, deratizasiya), sanator-kurort müəssisələrində tibb fəaliyyəti və s. czaçılıq fəaliyyəti üzrə: dərman və tibbi vasitələrin istehsalı, topdan (depolar) və pərakəndə (aptek müəssisələri) satış müəssisələri. Tibb və əczaçılıq fəaliyyətinə lisenziya alınması mərhələsində zəruri məsləhət xidmətinin və normativ-metodik dəstəyin göstərilməsi.
Tibb və əczaçılıq fəaliyyəti müəssisələrində mühəndis kommunikasiyaların, o cümlədən: su təchizatı, kanalizasiya, istilik və elektrik təchizatı, təbii və süni işıqlandırma, təbii və mexaniki havalandırma və soyudulma sistemlərinin mövcud normativ hüquqi aktların, sanitariya norma və qaydaların tələblərinə uyğun qurulmasına dair məsləhət xidmətinin və metodik dəstəyin göstərilməsi.
Layihə öncəsi ölçmələrin aparılması Sahələrin və otaqların planlaşdırılma və yerləşdirilmə bölgülərini mövcud qayda və normativlərə uyğun hazırlamaq Mühəndis kommunikasiyaların qoşulma nöqtələrinə dair tövsiyələr hazırlamaq:
- Su təchizatı və kanalizasiya sistemləri;
- Enerji təchizatı sistemi;
- Mexaniki havalandırma sistemi;
- Soyudulma sistemi;
- Təbii və süni işıqlandırma sistemləri
Daxili bəzək və tamamlama işlərində istifadə ediləcək inşaat və üzlük materialların seçiminə, növünə və xüsusiyyətinə dair tövsiyələrin verilməsi Otaqlarda mebel və tibbi avadanlıqların təyinatına uyğun optimal qaydada yerləşdirilməsinə dair tövsiyələrin verilməsi Müəssisələrin düzgün təşkilinə dair ümumi sanitariya-gigiyenik tövsiyələrin hazırlanması. Tibb müəssisələrində mərkəzləşmiş tibbi qaz təchizatı sisteminin (qaz məntəqəsi, xarici və daxili şəbəkələr) tam qurulub istismara verilməsi və texniki servis xidmətinin həyata keçirilməsi.