Haqqımızda

Sizi burada görməkdən çox məmnunuq!


Medaz şirkəti 2014-cü ildə qurulmuş, xəstəxanaların lahiyələndirilməsi, xəstəxana logistikası, tibbi qaz sistemlərinin çəkilməsi, hər növ tibbi avadanlıqların quraşdırılması və servis xidməti ilə məşğul olan peşəkar heyətə sahib şirkətdir. Medaz 2014-cü ildən bir çox xəstəxana, klinika və laboratoriyaların qurulmasında birbaşa iştirak etmişdir.

Medaz, hal-hazırda açar təslim tibbi qaz sistemləri , poliklinika, xəstəxana, səhra xəstəxanaları, modul xəstəxana layihələrini hazırlamaq və təhvil verməyə qadirdir.
Xəstəxana logistikası və tibbi qaz sistemləri ilə bağlı pnevmatik boru sistemi, mərkəzi vakum sistemləri, daxili logistika sistemləri, ümumi xəstəxana medikal qaz sistemləri, peşəkar və təcrübəli mühəndislərimiz tərəfindən mükəmməl formada qurulub, təhvil verilir.

Medaz, dünyanın aparıcı şirkətləri olan Mindray, Alcon, Villa, Asclepion, Karl Storz, Erbe, Swisslog, Tanita və s. şirkətlər ilə rəsmi distribyutor hüquqları əsasında əməkdaşlıq edir və bu əməkdaşlıqlar, bizə bütün problemlərin öhdəsindən gəlməyə imkan verir. Peşəkar və
sınaqdan keçmiş kollektivimiz hər zaman sizin yanınızdadır.

Bugün, biz konsaltinq, layihələndirmə, texniki servis, tədris proqramlarının və idarəetmə konsaltinqinin maliyyələşdirilməsi üzrə yardım göstəririk.
Missiyamız, təqdimatını və satışını həyata keçirdiyimiz hər tip cihaz və sistemlərlə insan sağlamlığına və həyatına dəyər qatmaqdır.
Məqsədimiz, təcrübəsi, mütəxəssisləşmiş gənc heyəti, qabaqcıl dizayn ilə məhsul və keyfiyyəti sayəsində bilinən, ən çox tələb olunan brendlərdən biri olmaqdır.
Biz, varlığımız, komanda gücümüz və yenilikçi ruhumuz ilə bütün problemləri həll edərək, hər daim yanınızda olacağıq.

Dərin hörmətlə,
Medaz Şirkəti