Mindray WATO EX 65


2006-cı ildən bəri, Mindray, müştəriləri üçün dünya üzrə 20 min vahiddən çox  anestezik cihazı uğurla quraşdırmışdır. Biz məmnunluq və qürur hissi duyuruq ki, planetimizin hər hansı bir nöqtəsində hər bir neçə saniyədə Mindray anesteziya cihazını məmnuniyyətlə işə salacaq bir həkim olacaqdır. İndi isə Mindray sizə WATO seriyasının flaqmanı olan WATO EX-65 Pro-nu təqdim etməkdən qürur duyur.

Daha dəqiq ...

Yeni inteqrasiya olunmuş yenilikçi funksiyaları ilə yeni WATO EX-65 Pro, həm sistemi, həm də müxtəlif növ xəstələri dəqiq və rahat idarə etməyə imkan verir. Mürəkkəb əməliyyat addımlarını sadələşdirmək üçün sistemin özünü-test prosedurunu və ağıllı siqnalizasiya idarəçiliyini qrafiklər və diaqramlar vasitəsilə görüntüləyir.

Daha effektiv görüntü ...

15.1 düymlük yüksək keyfiyyətli ekranı, intuitiv istifadəçi interfeysi ilə WATO EX-65 Pro  anesteziya prosesi üzrə daha effektiv görüntünü təmin edir.

İqtisadi daha səmərəli ...

Çoxfunksiyalı bir anesteziya iş stansiyası olaraq, WATO EX-65 Pro dəyəri nəzərə alınmaqla dizayn edilmişdir. Anestezik vasitənin istifadəsini azaltmağa kömək edən optimizator vasitəsilə  aşağı və səmərəli axın mümkün olur. Daha uzun ömürlü sərf sensorları vasitəsilə istismar və xidmət prosesi əhəmiyyətli dərəcədə asanlaşır.