Mindray BC 5390


BC-5390, büdcənizi itirmədən, yüksək məhsuldarlıq, dəqiqlik və xəstə qayğısı üzrə təkmilləşdirməni təmin edən 5 hissəli avtomatik hematoloji analizatordur. Daha dəqiq klinik məlumat vermək üçün analizator üç əsas texnologiyanın imkanlarından istifadə edir: lazer yayılması, axın sitometriyası və kimyəvi boya. BC-5390 FDA(Qida və dərmanlar üzrə nəzarət  administrasiyası) tərəfindən təsdiq edilmişdir.

Etibarlı tutum və funksionallıq

Saatda 60 nümunənin ötürülməsi vaxtınıza qənaət edir və 40 avtomatik yüklənəbilən sınaq qablarının tutumu asudə vaxtınızı artırır.

Daha etibarlı test nəticəsi

Yaşlanma əleyhinə daha yaxşı xüsusiyyətlərə malik yeni reaktiv, DIFF yayılma diaqramında(skatterqramda), eozinofilləri, hətta onların yüksək sıxlığı olan nümunələrdə belə neytrofillərdən daha yaxşı fərqləndirməyə kömək edir. Analizator, maye həssaslığı texnologiyası sayəsində laxtalanma, qabarcıq və qeyri-kafi nümunə hallarını aşkar edərək, nümunənin dəqiq aspirasıyasını təmin edir. BC-5390, daha xoş əməliyyat təcrübəsi təqdim edərək, Mindray-in BC-6800 və BC-5000/5150 cihazları ilə eyni proqram təchizatına malikdir.

Çevik nümunə aspirasiyası

Müxtəlif tutacaq adapterlərinə malik analizator üç analiz rejimini - venoz tam qan rejimi, ilkin durulaşdırma rejimi və kapilyar tam qan rejimini dəstəkləyir.